Gecə klubunda atışma

Hadisəni törədən şəxs həbs edilib

AzNews.az xəbər verir ki, sentyabrın 13-də saat 04:45 radələrində Bakının Nəsimi rayonu ərazisində yerləşən "Zero" gecə klubunda atışma baş verib.

DİN mətbuat xidmətindən məlumata görə, Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Kənan İbrahimov Bakı şəhər sakini Əhməd Həsənovu ayaq nahiyəsindən güllələyib. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən həbs edilib.

Polis gecə klubundan 1 ədəd "Makarov" tipli tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürüb.

AzNews.az