Külli miqdarda pul oğurlandı

Şəmkirdə avtomobildən külli miqdarda pul oğurlayan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oğurluq Şəmkir RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.

Bildirilir ki, oktyabrın 7-də Amirbek İsmailova məxsus "Volvo" markalı avtomaşından 3.600 dollar və 46.000 rubl pul oğurlanıb. Oğurluğu edən Sabirkənd kənd sakini Rövşən Əliyev tutulub.

Sevinc Fədai
AzNews.az