- Köhnə - Kriminal
- 15 Oktyabr 2012 05:19
- 2 745
9 ayın “yol terroru“ - 234 ölü, 831 xəsarət
Qəzaların 271-i (109 ölüm, 243 xəsarət) sürət həddinin aşılması, 112-si (36 ölüm, 175 xəsarət) ötmə qaydalarının pozulması, 63-ü (12 ölüm, 86 xəsarət) yolayrıcı keçmə qaydalarının pozulması səbəbindən baş verib.
Hadisələrin 367-si (112 ölüm, 284 xəsarət) piyadaların vurulması, 247-si (76 ölüm, 387 xəsarət) toqquşma, 83-ü (26 ölüm, 96 xəsarət) maneəvurma, 27-si (10 ölüm, 33 xəsarət) aşma olub.
Ötən dövdə qeydə alınan qəzaların 8-i (3 ölüm, 5 xəsarət) velosipedçinin vurulması olub.Ötən müddət ərzində 6 nəfərin ölümü, 46 nəfərin xəsarət alması ilə nəticələnmiş 50 yol qəzası bağlı qalıb. Ötən ilin müvafiq dövründə bu göstərici 84 (11 ölüm, 76 xəsarət) olub.
AzNews.az