Abşeronda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. Abşeronda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Bələdiyyə sədri və həyat yoldaşını qətlə yetirən saxlanıldı - Abşeronda (Yenilənib2)

Abşeronda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.


APA-nın əldə etdiyi məlumata görə, Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdlü Vəsilə Həsənovanın yaşadığı evə daxil olan şəxs onu və həyat yoldaşı Vəfadar Həsənovu qətlə yetirib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qətli törədən şəxsin Saray qəsəbə sakini, 1980-cı il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov olması müəyyən edilib və o saxlanılıb.

Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

***
11:05

Abşeron rayonunda qətlə yetirilən Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı olub.

Xeberle.com-a verilən məlumata görə hadisə gecə saatlarında onun yaşadığı Saray qəsəbəsindəki evdə qeydə alınıb. Belə ki, qatillər onun başını kəsib, həyat yoldaşının isə güllə ilə ürəyindən vurublar. Üstəlik, izi itirmək üçün evi yandırıblar.

Hazırda mərhumların meyitləri Sumqayıt şəhər 1 saylı təcili tibbi yardım xəstəxanısının morqundadır. Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, cinayət işi başlanıb, istintaq gedir.

***
10:58

Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə bələdiyyəsinin sədri və onu həyat yoldaşı yaşadığı evdə qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, cinayət işi başlanıb, istintaq gedir.