Bələdiyyə sədrini öldürən şəxs makler imiş – Yeni məlumatlar

Saray Bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və ərini qətlə yetirən şəxs onların yaxın adamları olub.


AzNews.az-a daxil olan məlumata görə, hadisəni törədən 1980-cı il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov daşınmaz əmlak alğı-satqısıyla məşğul imiş.

Bundan əlavə, F.Hüseynovun Əbilhəsənovlar ailəsinə yaxın adam olub və evlərinə gediş-gəlişi olduğu deyilir.

Daxil olan digər məlumata görə, maklerin yandırdığı ev Əbilhəsənovların yaşadıqları ev olmayıb. Sadəcə olaraq bələdiyyə sədrinə məxsus olub.

Qeyd edək ki, bu gün Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetirilib. Hadisə gecə saatlarında onun yaşadığı Saray qəsəbəsindəki evdə qeydə alınıb. Belə ki, qatil onun başını kəsib, həyat yoldaşının isə güllə ilə ürəyindən vurub.