Avtomobil oğurlayan şəxs həmkəndlisinin evinə gələrək onu qətlə yetirib. Avtomobil oğurlayan şəxs həmkəndlisinin evinə gələrək onu qətlə yetirib.

Avtomobil oğurladı, həmkəndlisini öldürdü, qəza törətdi və tutuldu

Avtomobil oğurlayan şəxs həmkəndlisinin evinə gələrək onu qətlə yetirib.


AzNews.az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, iyulun 12-də Ağcabədi rayonunun Aran kənd sakini Musa Əliyev kənd ərazisindən Əbil Məmmədova məxsus "VAZ-21099" markalı avtomobili qaçırıb həmkəndlisi İlham Həsənovun yaşadığı evə gedib. Orada olarkən M.Əliyev münaqişə zəminində İ.Həsənovu bıçaqla qətlə yetirib və avtomobildə hadisə yerini tərk edib.

Avtomobil həmin gün Aran kəndində yol ayırıcısına vurulmuş vəziyyətdə tapılıb.

Rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə M.Əliyev "isti izlər"lə tutulub.