Azərbaycanda bank müdiri pul oğulayıb qaçdı

Azərbaycanda bank müdiri külli miqdarda vəsaiti oğurlayaraq ölkədən qaçıb.


"Qafqazinfo" xəbər verir ki, həmin şəxs "TuranBank"ın Cəlilabad filialının rəhbəri Fərid Məmmədovdur. Belə ki, filial rəhbəri bir neçə ay əvvəl 450 min manata qədər vəsaiti başqalarının adına kreditləşdirib. Daha sonra isə pulları mənimsəyərək ölkədən çıxıb.

Əslən Biləsuvar rayonundan olan Fərid Məmmədov sözügedən vəsaiti elə öz yerlilərinin adına sənədləşdirib.

Yayılan bəzi məlumatlara görə isə o, mənimsədiyi pulu Azərbaycanda qoşulduğu qumar oyunlarında uduzub və məhz bundan sonra ölkədən qaçıb.

Hazırda hadisə ilə bağlı araşdırma gedir, Fərid Məmmədov axtarılır.