“Ağ şəhər”in mühafizə rəisi saxlanıldı

"Ağ şəhər" kompleksində mühafizəsində növbə rəisi keçmiş məhbusla birgə saxlanılıb.


AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları ilə mübahisə ediblər.

Hadisə Xətai rayonu, Sarayeva küçəsində yerləşən kafedə baş verib.

Baron adlı kafedə Xətai Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməliyyat müvəkkiləri, leytenantlar 1992-ci il təvəllüdlü Həsənbəy Şərifov və 1993-cü il təvəllüdlü Xəlil Allahverdiyev kafedə olan Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Vüqar Həsənovun əlində ratsiya olduğunu görüblər.

Bu səbəbdən onlara yaxınlaşıb ratsiyanın hansı təşkilata aid olduğunu soruşublar. Bu zaman V.Həsənov və tanışı 1985-ci il təvəllüdlü Səfxan Məmmədov polis əməkdaşları ilə mübahisə edərək onlara tabe olmayıblar. Hər iki şəxs NMB əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar nəticəsində keçmiş məhbus V.Həsənovun sərxoş olması, Sərxan Məmmədovun isə "Ağ şəhər" kompleksinin mühafizəsində növbə rəisi işlədiyi məlum olub. Hadisəyə səbəb olan ratsiya da "Ağ şəhər"ə məxsus olub.