Avqustun 23-də Moskvadan Orenburqa gəldikdən sonra itkin düşən Türkiyə vətəndaşı Altan Güngörün qətlinin təfərrüatları məlum olub. Avqustun 23-də Moskvadan Orenburqa gəldikdən sonra itkin düşən Türkiyə vətəndaşı Altan Güngörün qətlinin təfərrüatları məlum olub.

Azərbaycanlı Türkü qətlə yetirdi - FOTO

Avqustun 23-də Moskvadan Orenburqa gəldikdən sonra itkin düşən Türkiyə vətəndaşı Altan Güngörün qətlinin təfərrüatları məlum olub.


AzNews.az Report-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatına görə, türkü 36 yaşlı Azərbaycan vətəndaşı Muradxan Cəlilov qətlə yetirib.

O, sentyabrın 13-də Həştərxanda saxlanılıb. İlkin məlumatlara görə, müttəhim zərərçəkəni hava limanından Orenburqun Nikolski kəndi ərazisinə aparıb, orada onların arasında mübahisə düşüb və o Türkiyə vətəndaşının döş qəfəsi nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib. Muradxan kişinin öldüyünə əmin olduqdan sonra onun meyitini meşə zolağı ərazisinə aparıb və orada basdırıb.

Qeyd olunur ki, M.Cəlilov Güngörü guya məsləhətləşmək üçün aldadaraq Türkiyədən Orenburqa çağırıb. Polis məhz bu səbəbdən onun izinə düşüb. Çünki Türkiyə vətəndaşı üçün təyyarə biletini M.Cəlilov sifariş edib. Qətlin qisas zəminində törədildiyi bildirilir.