Tələbə qız evində kirayə qaldığı qadını öldürdü - Sumqayıtda

Sumqayıtda dəhşətli qətl hadisəsi baş verib.


AzNews.az haqqin.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğunun məlumatına görə, 9-cu mikrorayonda 1940-cı il təvəllüdlü Nəcəfova Səmayə Firudin qızı öz evində qətlə yetirilib.

Yaşlı qadına başından bir neçə bıçaq zərbələri endirilib.

Cinayətdə şübhəli bilinən Oğuz rayon sakini 21 yaşlı Şərqiyyə Ramazanova saxlanılıb. Gənc qız özü polisə zəng vuraraq etiraf edib.

Məlumata əsasən, Şərqiyyə Ramazanova Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsidir. O Səmayə Nəcəfovaya məxsus evdə kirayə qalırmış.

Cinayətin motivi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.