Britaniya Elmi Birliyi insan embrionlarının genetik modifikasiyasına icazə əldə edib. Britaniya Elmi Birliyi insan embrionlarının genetik modifikasiyasına icazə əldə edib.

İnsan genləri dəyişdiriləcək – Qadağan olunmuş təcrübəyə icazə verildi

Britaniya Elmi Birliyi insan embrionlarının genetik modifikasiyasına icazə əldə edib.


AzNews.az xəbər verir ki, bu barədə Britaniyanın insan mayalanma və embriologiya üzrə xidməti məlumat verib. Məlumata görə, müvafiq icazə ilk dəfədir ki Britaniyaya verilib.

"Bizim lisenziya komitəmiz Frensis Krik adına institutdan olan həkim Keti Niakanın insan rüşeymlərinin genlərinin redaktəsi də daxil olmaqla laborator araşdırmalar üçün lisenziyanın bərpa edilməsinə dair sorğusunu təsdiq edib", - deyə məlumatda bildirilir.

Araşdırmanın başlıca məqsədi rüşeymlərin uğurlu inkişafı üçün onlara hansı genlərin lazım olduğunu öyrənməkdir. Alimlər yumurta hüceyrələrin mayalanmadan sonrakı 7 gününü öyrənəcəklər – bu vaxt ərzində o bir hüceyrədən təxminən 250 hüceyrə bölünür. Bu müddətdə hüceyrələr artıq müəyyən funksiyaları yerinə yetirmək üçün təşkil olunurlar. Hüceyrənin yaşayıb-yaşamayacağı isə genlərdən asılı olur.




Ehtimal olunur ki, əldə olunan məlumatlar süni mayalanma zamanı rüşeymin inkişafı prosesinin yaxşılaşmasına kömək edəcək. Bu iş həmçinin sonsuzluq, düşük və uşaqlarda müxtəlif patologiyaların qarşısının alınmasına kömək edəcək. Araşdırmada yalnız bu məqsədlə verilmiş rüşeymlərdən istifadə olunacaq. Bu lisenziyanın verilməsi zamanı tənzimləyici xidmətin şərti tədqiqatın etik normalarının gözlənilməsi və genetik modifikasiya olunmuş rüşeymlərin qadınlara implantasiya olunmasının yolverilməzliyidir.

"Hinxton Group" (Gövdə hüceyrələri, etika və hüquq üzrə beynəlxalq konsorsium) ötən ilin sentyabrında insan embrionlarının genetik modifikasiyasına dair məsələni həll etməyə çağıran bəyanatla çıxış edib. Avropada bu cür təcrübələr qadağan olunub. Ötən ilin aprelində isə beynəlxalq alimlər qrupu embrionların genetik dəyişdirilməsi təcrübələrini dayandırmaları üçün çinli həmkarlarına çağırış ediblər. Bu, araşdırmalar prosesində gözlənilmədən çox sayda arzuolunmaz mutasiyaların əmələ gəlməsilə bağlı olub.

Aydan AXUNDOVA