- Mədəni adam
- 27 Sentyabr 22:11
- 1 188
"O günlərdə hamı qəhrəman idi, hamı" - Murad Köhnəqala

"2020-ci ilin 27 Sentyabrında Azərbaycan tarixini yeni bir abzasdan başladıq. Həmin gün cəbhədə olan bütün döyüşçülərimiz qəhrəman oldular! Həmin günlərdə qəlbi döyüşçülərimizlə bir vuran bütöv Azərbaycan xalqı qəhrəman idi!"
Bu barədə AzNews.az-a açıqlamasında şair Murad Köhnəqala bildirib. O, deyib:
"Başda Ali Baş Komandanımız olmaqla, ön cəbhədəki igidlərimizdən tutmuş, cəbhəyə siqaret daşıyan, yardımlar edən, evində televizorda həyacanla xəbərləri izləyən, çayxanalarda coşqu ilə danışan adamlarımıza, əsgərlərimizə qürur məktubu yazan şagirdlərimizə qədər hamı-hamı qəhrəman oldu! 44 gün bütün Azərbaycan Qəhrəman oldu!
Canını Vətən uğrunda təmənnasız verən igidlərimizin ruhu əbədi şad olsun! Yaralı qayıdan, sağ qayıdan döyüşçülərimizə uzun ömür, xoşbəxt həyat arzulayıram! Gözəl Azərbaycanımızın, qəhrəman xalqımızın qədrini bilək!!!"
AzNews.az