ABŞ-ın Texas ştatında məhbuslar mühafizəçinin həyatını xilas edib. ABŞ-ın Texas ştatında məhbuslar mühafizəçinin həyatını xilas edib.

Məhbuslar barmaqlıqları qırdı - Mühafizəçinin həyatını xilas etdilər (Video)

ABŞ-ın Texas ştatında məhbuslar mühafizəçinin həyatını xilas edib.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhbusların xeyirxah əməli kameralar vasitəsilə anbaan qeydə alınıb. Görüntülərdən aydın olur ki, həbsxana nəzarətçisinin ürək tutması olur və o, huşunu itirir. Məhbuslar barmaqlıqlara vuraraq digər mühafizəçilərin diqqətini cəlb etməyə çalışırlar.

Daha sonra məhbuslar qapını qıraraq ratsiya vasitəsilə yardım çağırmağa cəhd edirlər. Bunun sayəsində həkimlər xəstəyə vaxtında müdaxilə edirlər və mühafizəçinin həyatını xilas etmək mümkün olur.

Bundan sonra məhbuslar yenidən barmaqlıqlar arxasına qayıdıblar.



Aydan AXUNDOVA