5-ci sinif şagirdi 3 yaşlı uşağın həyatını qurtardı

Dağıstan Respublikasının Qunib rayonunun rəhbərliyi üç yaşlı uşağı ölümdən xilas etmiş beşinci sinif şagirdi Hacı Baaçevi fəxri diploma layiq görüb.

İbrətamiz olay bir neçə gün öncə Soqratlı kəndi yaxınlığında baş verib. Kənd uşaqları dərin hovuzun yanında oynayarkən 3 yaşlı bir uşaq suya yıxılıb və batmağa başlayıb. Bunu görən 11 yaşlı Hacı Baaçev tərəddüd etmədən suya atılıb. Məktəbli böyük çətinliklə də olsa, boğulmaqda olan azyaşlı oğlanı sahilə çıxarmağa müvəffəq olub və ona ilk yardım göstərib.

Balaсa xilaskara tərifnamə və hədiyyə təqdim edən rayon administrasiyasının nümayəndəsi Umaxan Çupanov bütün kənd adından onun valideynlərinə minnətdarlıqlarını ifadə edib.

"Sənin hərəkətin rayonun bütün məktəbliləri üçün layiqli nümunədir. Sən qəhrəmanlıq və cəsarət rəmzi oldun. Sənə təhsildə uğurlar və idman zəfərləri diləyirəm ", - deyə U.Çubanov bildirib.(moderator)

AzNews.az