- Köhnə - Maraqlı
- 10 Sentyabr 2018 16:15
- 5 260
Mollalar nəzir pullarını yığıb Leninə heykəl qoydu - hər məsciddən 100 dollar
Tacikistanda mollalar məsciddə toplanmış nəzir pullarını Leninin heykəlinin düzəldilməsinə istifadə ediblər.
AzNews.az publika.az-a istinadən xəbər verir ki, Şaruz şəhərində Leninin heykəli iki il öncə naməlum şəxslər tərəfindən aşırılıb.
Şəhər bələdiyyəsinin nümayəndəsi Mehriniso Rajabova bildirib ki, heykəlin restavrasiya edilməsi təklifi mollalardan gəlib.
“Mollalar topladıqları pullarla heykəli düzəltdilər, həmçinin, heykəlin qoyulduğu parkı da səliqəyə saldılar”, - deyə bələdiyyə nümayəndəsi bildirib.
Adının açıqlanmadığı mollalardan biri heykəlin restavrasiya edilməsi üçün hər məsciddən 100 dollar topladıqlarını açıqlayıb.
Mollaların müsəlmanların ianələri ilə ateizmi təbliğ edən Leninə heykəl qoyması birmənalı qarşılanmayıb.