- Köhnə - Maraqlı
- 1 Oktyabr 2018 20:43
- 5 968
Bəy toyunu yarımçıq qoyub işə getdi - Qeyri-adi olay
Amerikada toyunu iş yerində keçirən yanğısöndürənin başına maraqlı hadisə gəlib.
Ceremi Bourasa xanımı Krista Bolandla nikahı zamanı yaxınlıqdakı ərazidə yanğın başlayıb. Həyəcan siqnalından sonra əlavə işçiyə ehtiyac olduğundan bəy öz toyunu yarımçıq qoyaraq işinin başına keçib.
İş yoldaşlarına yardım edən Bourasa yanğın söndürdükdən sonra toyuna qayıdıb və məclis davam edib.
Onların toyu yanğınsöndürən idarədə etməsinə isə qabaqcadan danışdıqları məkanda qeydiyyat problemi ilə üzləşmələri səbəb olub.(qafqazinfo.az)
AzNews.az