Dünyanın ən bahalı pizzası- 450 dollara

Dünyanın ən bahalı pizzasını Kanadanın Riçmond bölgəsində yerləşən "Steveston" restoranında dadmaq olar. AzNews.az-ın "The Daily Meal"a istinadən verdiyi məlumata görə, bu pizzanın dəyəri 450 dollardır. Pizzanın tərkibinə omarlar, qara treska balığı, nərə balığının kürüsü və kral krevetləri daxildir. Bu nadir kulinariya nümunəsi Ginnesin rekordlar kitabına daxil olacaq.

Pizzanı hazırlayan Nader Hatami bildirib ki, bu qəlyanaltı deyil, yüksək səviyyəli mətbəx nümunəsidir. N. Hataminin sözlərinə görə, pizzanın qiymətinin yüksək olması onun tərkibində bahalı nadir məhsulların olması ilə əlaqədardır. O deyib ki, artıq bu bahalı pizzaya yeddi sifariş qəbul edib. Müəssisənin aşbazları isə sifarişin 24 saat əvvvəl qəbul etdiyini də deyiblər.

Bu restoranda başqa bahalı və ekstreveqant yeməklər də var. Məsələn, burada 120 dollara omardan, qızardılmış sarımsaqdan və başqa qeyri-adi əlavələrdən ibarət pizza dadmaq olar.

Aydan Axundova
AzNews.az