Obamanın üzüyündə “La iləhə illallah” yazılıb - FOTO

Amerikada prezident seçkilərinə 3 həftə qalmış Barak Obama ilə bağlı daha bir maraqlı məlumat yayılıb. Obamanın müsəlman olması ilə bağlı müzakirələr yenidən başlayıb.

Prezidentin evlilik üzüyünün üzərindəki yazılar mətbuatın müzakirə obyekti olub. İddialara görə, Obamanın alyansında ərəb dilinə "La ilahə illallah" sözlıri həkk olunub. Bu barədə məlumatlar "World Net Daily (WND)" xabər portalıdır.

Yazıda Obamanın Mişel Robinsonla evlənməzdən əvvəl Harvard Universitetində hüquq fakültəsində təhsil alarkən nişan üzüyü taxdığı bildirilir.

"New Yorker" jurnalının yayımladığı və Obamanın 1980-ci illərdə çəkilmiş şəkilləri də maraq doğurub. Bu şəkillər Obamanın hələ o zamanlar da eyni üzüyü taxdığını göstərib. Şəkilləri incələyən misirli islamşünas Mark Gabriel onun üzərində ""La ilahə illallah" yazıldığını bildirib. Onun fikrincə belə bir üzüyü ancaq islam inancına malik insan taxa bilər. Ağ Ev bu barədə ünvanlanan suallara cavab verməyib.

Alpər
AzNews.az
image description