Pulsuz səyahət etməyin ən gözəl yollarından biri könüllü proqramlara qatılmaqdır. Yalnız inkişaf etmiş ölkələrdə deyil, bir çox ölkələrdə çeşidli sahələrdə xidmət göstərən könüllülük təşkilatları fəaliyyət göstərirlər. Bu təşkilatların bəzilərinə qoşulmaq tamamilə pulsuz olsa da, bəzilərinə xırda məbləğdə ödəniş etməklə qatılmaq mümkündür. Pulsuz səyahət etməyin ən gözəl yollarından biri könüllü proqramlara qatılmaqdır. Yalnız inkişaf etmiş ölkələrdə deyil, bir çox ölkələrdə çeşidli sahələrdə xidmət göstərən könüllülük təşkilatları fəaliyyət göstərirlər. Bu təşkilatların bəzilərinə qoşulmaq tamamilə pulsuz olsa da, bəzilərinə xırda məbləğdə ödəniş etməklə qatılmaq mümkündür.

Pulsuz səyahət etməyin 5 yolu – Dünyanı xırda büdcə ilə kəşf edin

Pulsuz səyahət etməyin ən gözəl yollarından biri könüllü proqramlara qatılmaqdır. Yalnız inkişaf etmiş ölkələrdə deyil, bir çox ölkələrdə çeşidli sahələrdə xidmət göstərən könüllülük təşkilatları fəaliyyət göstərirlər. Bu təşkilatların bəzilərinə qoşulmaq tamamilə pulsuz olsa da, bəzilərinə xırda məbləğdə ödəniş etməklə qatılmaq mümkündür.


Könüllü olaraq çalışırsınızsa, maaş olaraq hər hansı ödəniş almayacaqsınız. Bununla yanaşı, qidalanmaq, yaşamaq, dil öyrənmək və yerli nəqliyyatdan pul ödəmədən istifadə imkanından yararlana bilərsiniz. Bəzən bu tip proqramlarda, kiçik məbləğdə vəsait də qazana bilərsiniz. Pulsuz səyahət imkanlarını təqdim edirik.

1. www.wwoof.org – Orqanik əkinçiliklə məşğul olan firmalarda yemək və yaşayış qarşılığı iş təklif edilir. Bunun sayəsində bir həftə və ya illərlə çalışmaq mümkündür. Qeyd etdiyimiz bu təşkilat 90 ölkədə fəaliyyət göstərir. "Woofing" üsulu olaraq tanınan bu metod vasitəsilə heç təcrübəniz olmayan mövzularda belə savad sahibi olub, fəaliyyət göstərə bilərsiniz. Həmçinin sizin kimi eyni niyyətlə dünyanın müxtəlif ölkələrindən gələn turistlərlə də tanış olub, əlaqələr qura bilərsiniz.




2. www.helpx.net - Dünya səviyyəsində könüllü xidmət üçün ev sahibləri ilə könüllüləri görüşdürən bir saytdır. Bu sayt vasitəsilə xüsusilə Avstraliya, Yeni Zelandiya, Kanada və Amerikada həm səyahət etmək həm də yeni ailələrlə tanış olub yeni şeylər öyrənmək mümkündür. HelpX sistemində hasar təmir etmək, ot və meyvə yığmaq və bunun kimi müxtəlif ictimai xidmət sahələrində şagirdlərə kömək etmək, əlillərə dərs vermək və ya bir restoranda xidmətçi kimi çalışmaq da ola bilər.



3. www.conservationvolunteers.com.au - Avstraliya, Yeni Zelandiya və digər bir neçə ölkədə fəaliyyətdə olan bu təşkilatda, eko turizmin inkişafı, təbii zonaların qorunması üçün təşkil olunmuş qısa müddətli layihələrdə komanda kimi çalışmaq fürsəti verir. Həftəlik 100 dollar ödəyərək həm qalmaq, həm də qida ehtiyaclarını qarşılaya bilərsiniz. İngiltərədə olan BTCV təşkilatı da (British Trust for Conservation Volunteers) bənzər bir xidmət təqdim edir.



4. Birləşmiş Millətlər Könüllüsü www.unv.org - Təbii fəlakətlər sonrası, ölkələrə səhiyyə və iqtisadi sahədə kömək göstərmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının nəzdində qurulmuş bir təşkilatdır. Bu təşkilatda yer almaq üçün sizin təstiqlənmiş bir ixtisasınız və təcrübəniz olmalıdır. BMT bu məqsədlə ölkələrin bu sahədə xidmət təqdim edən qeyri-hökumət təşkilatları ilə işləyir.



5. www.hfholidays.co.uk – Son vaxtlar Avropanın tətil təşkil edən proqramlarından biri sayılan "HF Holidays", qidalanmaq və yaşamağa yer qarşılığında məlumat və bacarıqlarınızdan istifadə edərək Avropanın 70-dən çox nöqtəsində gəzməyinizi təmin edir. Getdiyiniz ölkədə qalmaq və yemək xərclərini qarşılayaraq sizdən hər hansı bir xidmət gözləyən yüzlərlə fərqli könüllülük proqramları var. İngiliscə bilirsinizsə, "Google" axtarış sistemində "Volunteer programs" yazaraq özünüzə uyğun çoxsaylı məlumatlar tapa bilərsiniz.



Fins.az