“Xalq şairi Söhrab Tahir nəzarət altındadır”. “Xalq şairi Söhrab Tahir nəzarət altındadır”.

İki ayağı da kəsilən Xalq şairindən xəbər var

“Xalq şairi Söhrab Tahir nəzarət altındadır”.


Bu barədə AzNews.az-a Yazıçılar Birliyinin Güney Azərbaycan Ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruz məlumat verib. Onun sözlərinə görə, şair hələ də xəstəxananın reanimasiya şöbəsindədir: "Söhrab müəllimin səhhəti elədir ki, həkimlər evə buraxılmasını məsləhət görmürlər. Ona görə də hələki nəzarətdə saxlayırlar".
Xatırladaq ki, Xalq şairi Söhrab Tahir aprelin 5-də əməliyyat olunub və onun ikinci ayağı da kəsilib. Buna səbəb şairin ayağında qanqrena prosesinin getməsi olub.

Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az