Tanınmış müğənni Tacir Şahmalıoğlu müəllimi, “Qarabağ bülbülləri”ansamblının bədii rəhbəri Murad Rzayevi ağır ittiham edib. Tanınmış müğənni Tacir Şahmalıoğlu müəllimi, “Qarabağ bülbülləri”ansamblının bədii rəhbəri Murad Rzayevi ağır ittiham edib.

“Ürəyimə böyük yara vurdu”- Müğənni ilə ustadı arasında qalmaqal

Tanınmış müğənni Tacir Şahmalıoğlu müəllimi, “Qarabağ bülbülləri”ansamblının bədii rəhbəri Murad Rzayevi ağır ittiham edib.

Bu barədə AzNews.az-a danışan Tacir Şahmalıoğlunun sözlərinə görə, cütlük arasında qalmaqal onun 1977-ci ildə ifa etdiyi “Bayatı-Şiraz” muğamının üstündə baş verib:

“Mənim 11 yaşım vardı. Həmin vaxt mən “Bayatı-Şiraz” oxudum. Elə oldu ki, “Mən mahnı qoşuram” filmi çəkiləndə həmin bu “Bayatı-Şiraz”ı orada başqa formada səsləndirdim. Mənim müəllimim Murad Rzayev də bütün cahana yaydı ki, “Bayatı-Şiraz”ı mən yazmışam. Özü də onu başqa adama yazmışdım, amma Tacir götürüb oxuyub”. Mən də onun bu yalanına susa bilmirəm. 3 variantda oxuduğum “Bayatı-Şiraz”ı internet səhifələrinə yerləşdirdim. Bildirdim ki, Murad Rzayev bunun 3-nü də siz yazmısınız? Azərbaycan xalqına çatdırmaq istəyirəm ki, mən heç bir vaxt istər sənətdə, istərsə də həyatda kimisə aldatmamışam. Nə də kiməsə yalan danışmamışam. Bütün oxuduqlarım Allah vergisidir.”

Tacir Şahmalıoğlu hesab edir ki, Murad Rzayev bu yalanı tək uydurmayıb, ona dəstək olanlar da var: “Bilmirəm mənim müəllimimi kim öyrətdi? Necə oldusa o, belə bir yalana əl atdı. Mən də onun yalanını üzə çıxarıram. Murad Rzayev bəstəkar deyil, amma bir neçə mahnısı var. Mən ona bəstəkar demərəm. Ustadım kimi o, mənə pislik elədi, ürəyimə böyük yara vurdu. Onu eləməməliydi. Amma elədi. Sonra da üzr istəmədi. Yalanı üzə çıxar deyə utandığından sözünü geri götürmür. Mən heç bir vaxt həyatda kiminsə payına əl atmamışam. Kimsə də mənim payıma əl ata bilməz.”

Bahar RÜSTƏMLİ

AzNews.az