Heydər Əliyev Mərkəzinin parkında tanqo şou və idman dərsi baş tutdu - Foto

İyulun 1-də Heydər Əliyev Mərkəzinin parkında tanqo şou və master-klas keçirilib.

AzNews.az Mərkəzin mətbuat xidmətinə istinadən xəbər verir ki, parkda dincələnlər müxtəlif yaşda tanqosevərlərin gözəl rəqsini seyr ediblər.

Latın Amerikası rəqsləri üzrə dəfələrlə Azərbaycan çempionu İlham Osmanov iştirakçılara ustad dərsi də verib. Bazar günü səhər isə uşaqlar üçün idman dərsi olub. 5-16 yaşlı uşaqlar və yeniyetmələr Mərkəzin parkında 5 dəfə Azərbaycan çempionu, Avropanın vitse-çempionu, “Tonus” klubunun məşqçisi Aelita Xələfovanın iştirakı ilə 1 saatdan artıq müddətdə səhər idmanı ediblər.

image description image description image description image description