Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Telman Əliyevin ölümündən bir il ötür. Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Telman Əliyevin ölümündən bir il ötür.

Əməkdar artistin qızı: “Bu dəfə məzar daşına sarıldım, ata”

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Telman Əliyevin ölümündən bir il ötür.

AzNews.az xəbər verir ki, sənətkarın qızı Esmira Əliyeva iyun ayının 4-nü həyatının ən ağır günü hesab edir:

Artıq bir ildir ki, sənsizik. İyulun 4-də bizi tərk etməyinin bir ili tamam olur. Bizi tərk etdiyin gün həyatımın ən agır günüdür. Kaş ki, bizi tərk etməzdin. Səni çox gözəl günlər gözləyirdi. Allahın yazdığı yazı...Sənsizlik bir qara kabus kimi həyatıma çökmüş, sanki havam çatmır, boğuluram. Sənlə ürəyimdəki duyğularımı çox paylaşmaq istərdim. Hər zaman səni yanımda hiss edirəm.

Bu şəhərə hər gəldiyimdə ilk qaçıb sənə sarılardım ata. Bu dəfə də elə oldu. Təyyarədən endiyimdə yenə sarılmaq üçün ilk sənin yanına qaçdım. Amma bu dəfə məzar daşına sarıldım, ata. Bir il keçdi. Bəlkə də zaman durdu, sənin oldugun, yaşadığın, nəfəs aldığın anda qaldı. Allah, sənin kölgəndə qalıb, sözü, içi boş olanların cəzasını versin”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru Telman Əliyev 2017-ci ilin iyul ayının 4-də dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ

AzNews.az