Qəbələ Beynəlxalq Musiqi Festivalı yarandığı gündən bu möhtəşəm tədbirin daimi dinləyicilərindən biri də mənəm. On il əvvəl heç kim inanmazdı ki, bu festival belə böyük nüfuz qazanacaq, dünyada tanınacaq. Ötən hər bir festival daha maraqlı konsertlərlə yadda qalır. Baxın, bu səhnədə kimlər çıxış etməyib - Böyük Britaniyanın dünya şöhrətli London Kral Simfonik Orkestri, Yerusəlim Simfonik Orkestri, onlarla digər məşhur musiqi kollektivləri, tanınmış dirijorlar, ifaçılar... Qəbələ Beynəlxalq Musiqi Festivalı yarandığı gündən bu möhtəşəm tədbirin daimi dinləyicilərindən biri də mənəm. On il əvvəl heç kim inanmazdı ki, bu festival belə böyük nüfuz qazanacaq, dünyada tanınacaq. Ötən hər bir festival daha maraqlı konsertlərlə yadda qalır. Baxın, bu səhnədə kimlər çıxış etməyib - Böyük Britaniyanın dünya şöhrətli London Kral Simfonik Orkestri, Yerusəlim Simfonik Orkestri, onlarla digər məşhur musiqi kollektivləri, tanınmış dirijorlar, ifaçılar...

"Qəbələ festivalı Azərbaycan musiqisini dünyaya tanıdır" - Hacı Nuran

Qəbələ Beynəlxalq Musiqi Festivalı yarandığı gündən bu möhtəşəm tədbirin daimi dinləyicilərindən biri də mənəm. On il əvvəl heç kim inanmazdı ki, bu festival belə böyük nüfuz qazanacaq, dünyada tanınacaq. Ötən hər bir festival daha maraqlı konsertlərlə yadda qalır. Baxın, bu səhnədə kimlər çıxış etməyib - Böyük Britaniyanın dünya şöhrətli London Kral Simfonik Orkestri, Yerusəlim Simfonik Orkestri, onlarla digər məşhur musiqi kollektivləri, tanınmış dirijorlar, ifaçılar...

AzNews.az xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində tanınmış xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran Hüseynov deyib.

Builki festivalın da çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayan teleaparıcı bildirib ki, ənənəyə sadiq qalaraq, yubiley festivalına da musiqi dünyasında məşhur olan kollektivlər dəvət edilib.

Hacı Nuran deyib: “Festivalı izləmək üçün insanlar Qəbələyə gəlirlər. Onlar həm istirahət edir, həm də konsertlərdən zövq alırlar. Festival iştirakçıları, xüsusilə də xaricdən gələn qonaqlar Azərbaycanın regionlarının inkişafını əyani şəkildə görürlər. Bu festival Azərbaycan mədəniyyətini, musiqisini dünyaya tanıdır”.