Konservatoriyalar arasında əməkdaşlıq müqaviləsi imzalanıb Konservatoriyalar arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Taciklərin muğam heyranlığı - FOTO

Konservatoriyalar arasında əməkdaşlıq müqaviləsi imzalanıb



Azərbaycan Milli Konservatoriyası və Tacikistan Milli Konservatoriyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli və Tacikistan Milli Konservatoriyasının rektoru Rəcəb Əmirov arasında tələbə, müəllim mübadiləsi və digər musiqi layihələrinin həyata keçirilməsi barədə müqavilə imzalanıb.
Müqavilənin imzalanma prosesində iştirak edən Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov imzalanan sənədin əhəmiyyətindən danışaraq qeyd edib ki, mədəni tədbirlərin ikitərəfli münasibətlərin qurulmasında önəmi çox böyükdür.

Tacikistan Milli Konservatoriyasının rektoru Rəcəb Əmirov ədib və musiqiçilərin Azərbaycanla olan tarixi əlaqələrindən danışıb. Son illər Azərbaycanda keçirilən Muğam festivallarında Gülçöhrə Kurbanovanın önəmli yerlərdən birini qazandığını deyib. Bu günlərdə isə Azərbaycandan olan muğam qrupunun Tacikistanın "Şeş məkam" festivalındakı gözəl ifaları haqqında danışıb.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli bildirib ki, imzalanan əməkdaşlıq sazişi 2014-cü ildə qüvvəyə minəcək və bundan sonra Tacikistan musiqiçiləri Azərbaycanda, azərbaycanlılar isə Tacikistanda tədris mübadiləsi edəcəklər.

Müqavilə imzalanandan sonra isə xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov, xalq artisti Nəzakət Teymurova Tacikistan Milli Konservatoriyasının tələbə və müəllim heyəti üçün ustad dərsləri keçiblər. Ustad dərsləri barədə öz təəssüratını Azərbaycanın xalq artisti Mənsum İbrahimov belə bölüşüb: "Azərbaycanda keçirilən beynəlxalq Muğam festivalına qatılan Gülçöhrə Kurbanova "Qarabağ şikəstəsi" oxudu. Gözəl səsi var, gənc ifaçıdır, o da muğam oxudu. Sonra təklif olundu ki, maraqlı bir ifa edək. Elçin Həşimov, Elnur Əhmədov (Əməkdar artist) ifa etdilər. Bu gözəl müğam süfrəsindən əlavə də siyasi bir səhnə idi. Qarabağın işğal altında olması bu ifa vasitəsilə bir daha çatdırıldı. Gözəl bir ifa alındı. Bu bir haray, bir musiqi siyasəti idi. "Qarabağ şikəstəsi" salonu ayağa qaldırdı. Professor - müəllim heyəti heyran qaldı. Bir daha təsdiq olundu ki, Şərqə aid olsa da , muğamın mərkəzi bu gün Azərbaycandır.

Aida
AzNews.az

image description image description image description image description