Meyxanaçının teatrı belə olacaq...

Bakı Estrada Teatrı yeni bir layihə təqdim edəcək. Bunu AzNews.az-a teatrın bədii rəhbəri, meyxana ustası Vüqar Əbdülov bildirdi.
V.Əbdülovun sözlərinə görə, üzərində hazırlıq işləri gedən layihə noyabrın 15-də təqdim olunacaq: "Bakı Estrada Teatrı çalışdı ki, təqdim edəcəyi layihə "Bu şəhərdə", "KVN" teatrından fərqli olsun. Yəni, biz cəmiyyətdə olan çirkinlikləri göstərəcəyik, tiplərə sataşacağıq. Bizim teatrın siyasi fikri yoxdur. Cəmiyyətdə eşitdiyimiz, rastlaşdığımız hadisələrin bir növ nümayişini edəcəyik."
Meyxanaçı bildirdi ki, bu teatr qısa zamanda Azərbaycanda sevilməyə başlayacaq.
Qeyd edək ki, teatrda 12 aktyor işləyir.


Bahar Rüstəmli
AzNews.az