Akademik Milli Dram Teatrında “Herostratı unudun” tamaşasının premyerası keçirilib. Akademik Milli Dram Teatrında “Herostratı unudun” tamaşasının premyerası keçirilib.

Yeddi möcüzədən birini yandıran şəxsin - Hekayəsi

Akademik Milli Dram Teatrında “Herostratı unudun” tamaşasının premyerası keçirilib.


Teatrdan AzNews.az-a verilən məlumata görə, Qriqori Qorinin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, İradə Həsənova, aktyorlar Hikmət Rəhimov, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Ülvi Həsənov, Şamil İbrahimov, Elgün Həmidov çıxış edirlər. Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

"Herostratı unudun" adlı ikipərdəli tragikomediyanın sujetini dünyanın yeddi möcüzəsindən biri hesab edilən, inşası 120 il davam etmiş, qədim Efes şəhərindəki Artemida məbədinin eramızdan əvvəl 356-cı ildə Herostat adlı bazar alverçisi tərəfindən yandırılması hekayəsi təşkil edir.

AzNews.az