Çünki heç bir iş bacarmırlar. Çünki heç bir iş bacarmırlar.

Belarusda qadınlar ərlərini niyə evdən qovur? - Lukaşenko səbəbini dedi

Çünki heç bir iş bacarmırlar.

Belarus prezidenti Aleksandr Lukaşenko belaruslu qadınların ərlərini evdən niyə qovduqlarını açıqlayıb.

BelTA-ya istinadən xəbər verilir ki, o, bunu kişilərin evdə xarab olan məişət texnikasını təmir edə bilməməsi ilə əlaqələndirib.

“Elementar biliklər və bacarıqların olmaması gənc ailələrin dağılmasına səbəb olur. Gənclərimizə baxın, mən bilmirəm onlar necə evlənirlər. Nəyə görə arvadları onları evdən qovurlar və ailələr dağılır? Çünki heç bir iş bacarmırlar. O hətta lampanı lüstra bağlaya bilmir, adi çaydanı təmir edə bilmir”, - deyə Lukaşenko vurğulayıb.

Lukaşenko kişilərin çəkic ya balta ilə necə işləməyi bilməməsindən, qadınların isə qayğanaq bişirə bilməməsindən şikayətlənib. (Oxu.az)