- Qanundan kənarda
- 21 Noyabr 2018 21:53
- 1 731
Bakıda qadını döyərək pulunu alan şəxs tutuldu

Əvvəllər məhkum olunmuş Afət Məmmədov saxlanılıb.
Bakıda qadını döyərək pulunu alan şəxs tutulub.
DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 19-da Zığ qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadını döyərək quldurluq yolu ilə pulunu almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Afət Məmmədov saxlanılıb.
AzNews.az