Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

Gömrükdə maşınını yoxladılar və 1745 ədəd... - FOTO

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa söykənəcəyin arxa hissəsindən, qabaq sağ tərəf ayaqaltından və dinamik qutusunun içərisindən üzərində "Black Devil" yazısı olan 245 ədəd, üzərində "Sarı Jiao Pao" yazısı olan 1100 ədəd, üzərində "Football produsts" yazısı olan 400 ədəd pirotexniki vasitələr aşkarlanıb.

Nigar CƏFƏR
AzNews.az

image description image description