Hər iki faktla bağlı rayon polis şöbələrində araşdırma aparılır. Hər iki faktla bağlı rayon polis şöbələrində araşdırma aparılır.

Yeni il gecəsi bu gənclərə düşmədi - bıçaqlandılar

Hər iki faktla bağlı rayon polis şöbələrində araşdırma aparılır.

Bərdə və Oğuz rayonlarında bıçaqlanma hadisəsi baş verib.

Bərdədəki hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.

Kənd sakini 2001 çi il təvəllüdlü Əhmədov Rauf Nurəddin oğlu həmyerlisi tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxsin şəxsiyyəti hələlik müəyyənləşməyib. Yaralı yaxınları tərəfindən Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Oğuz rayonunda isə 20 yaşlı gənc bıçaqlanıb. Gecə saatlarında rayonun Şirvanlı kənd sakini, 1998-ci il təvəllüdlü Eşqin Qabil oğlu Xəlilov qarın boşluğunun kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib və yaralı dərhal cərrahiyyə əməliyyatına alınıb.

Hər iki faktla bağlı rayon polis şöbələrində araşdırma aparılır. (Report)