Kirayədə yaşayan şəxs məhkəmə qarşısında

Hadisənin münaqişə zəminində törədildiyi bildirilirdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda kirayədə yaşayan şəxsi bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

AzNews.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Zalov saxlanılıb.

Azər
AzNews.az