Tanınmış müğənni qızla sosial mediada tanış oldu - Taksidə döydü

Gənc qadın polisidarəsinə gedərək Güney haqqında şikayətçi olub.

İddiaya görə Türkiyəli müğənni Yusuf Güney ilə sosial mediada tanış olub görüşdüyü gənc qadın arasında ödədikləri hesaba görə dava yaranıb. Taksidə gənc qadını döydüyü deyilən Güney haqqında sorğulama başlanılıb. Ancaq cütlük sonda barışıb, gənc qadın da şikayətindən vaz keçib.

AzNews.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Sabah” qəzetindən Dilək Yamanın xəbərinə görə müğənni Yusuf Güney keçən günlərdə sosial media üzərindən Deniz Ç. adlı gənc bir qadınla dava edib. Mesajlaşmanın ardından İstinyedə bir parkda görüşən cütlük daha sonra Bebekdə lüks bir kluba gedib.

Gecəyə qədər əylənən cütlük məkandan ayrılaraq başqa bir yerə getmək üçün taksiyə minib.

Taksidə gecə klubundakı hesab səbəbindən dava yaranıb. İddiaya görə Güney gənc qadına söyüş söyüb və təhqiredici sözlər deyib. Bu arada taksidən düşmək istəyən qadına Güney qolundan tutaraq mane olmaq istəyib.

Sonra isə ikili arasında dava düşüb. Gənc qadın polis idarəsinə gedərək Güney haqqında şikayətçi olub.

Hadisə ilə bağlı sorğulama aparılıb. Nəticədə Deniz Ç. Güney ilə barışdığını və şikayətindən vaz keçdiyini bildirib.

Səidə Nurməmmədli

AzNews.az