Qusarda qanunsuz ov edən şəxs tutulub. Qusarda qanunsuz ov edən şəxs tutulub.

Qanunsuz ov etdi, tutuldu

Qusarda qanunsuz ov edən şəxs tutulub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzNews.az-a verilən məlumata görə, yanvarın 6-da daxil olmuş məlumat əsasında Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxs saxlanılıb.

Belə ki, Qusar rayonunun Cağar kəndinin meşə zolağında qanunsuz ov etmək istəyən rayonun Çiləgir kənd sakini Bəhmən Hacıyev saxlanılaraq şöbəyə gətirilib. Ondan bir ədəd “Churchill” markalı ov tüfəngi götürülüb.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.

© AzNews.az