14 yerindən bıçaqlanan qız tanınmaz hala gəlib 14 yerindən bıçaqlanan qız tanınmaz hala gəlib

"Gəzməyə gedirəm" deyib evdən çıxdı - cəsədi tapıldı

14 yerindən bıçaqlanan qız tanınmaz hala gəlib

Türkiyənin Hatah şəhərinin Reyhanlı bölgəsində “Gəzməyə gedirəm” deyərək evdən çıxan qızın cəsədi tapılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Reyhanlı kəndində dərədə 14 yerindən bıçaqlanaraq öldürülən qızın cəsədi 21 yaşlı Rabia Ezerə aid olduğu müəyyənləşdirilib. Ailəsi tanınmayacaq halda olan qızlarını qolunda 4 yaşlı kiçik bacısının adı olan döymədən tanıyıb.

9 Yanvar günü Mehmetbeyli məhəlləsinin sakinləri dərədə qızın cəsədi tapdıqları üçün polisə zəng edib. Polis cəsədi Ədiyyə Tibb Qurumuna yollayıb.

İtkin şəxslər siyahısını incələyən polislər 2 yanvar günü “Gəzməyə çıxıram” deyə evdən çıxan və geri dönməyən Rabia Ezerin ailəsi ilə əlaqə yaradıb.

Çağırılan 45 yaşlı Türkan Ezer cəsədin qızına aid olduğunu qolundaki “Ela” döyməsindən bilib.

O, “Gəzməyə getmək istədiyini dedi. Bir neçə saat sonra dəfələrlə zəng etdim, zəng çatmadı. Daha sonra polisə getdik” deyib.

Hadisədən sonra saxlanılan A.B adlı şəxs məhkəməyə çıxarılaraq həbs edilib.

Nigar CƏFƏR

AzNews.az

image description image description image description image description