Meşədə qadının kəsilmiş bədəni tapıldı

Türkiyədə 2018-ci ildə 440, 2017-ci ildə 409, 2016-cı ildə 328 qadın öldürülüb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 9 yanvarda meşəyə qoza toplamaq üçün gedən şəxs orda kəsilmiş insan qolu tapıb.

Çiyin hissədən kəsilən qolun itkin düşən 32 yaşlı Didem Usluya aid olduğu müəyyənləşdirilib.

Didem Uslunun cəsədini tapmaq üçün axtarışa keçən polislər onun omba sümüyünə rast gəlib. Axtarışları aparan polislər ən son baş və bədəninin digər hissələrini də tapıblar.

Didem Uslunun İnstagram profilində “Neçə hissəyə bölünüm? Hər cana çata bilmərəm, çünki yorulmuşam” sözləri diqqəti çəkib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Nigar CƏFƏR

AzNews.az