Cinayət hadisəsi marketin təhlükəsizlik kamerasına düşüb. Cinayət hadisəsi marketin təhlükəsizlik kamerasına düşüb.

Marketdə qadının əl çantasını oğurladı - inzibati həbs aldı

Cinayət hadisəsi marketin təhlükəsizlik kamerasına düşüb.

Nərimanov rayonunda yerləşən marketlərdən birində xanım müştərinin əl çantası oğurlanıb.

DİN-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu barədə zərərçəkən rayon polis idarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək içərisində 250 manat olan çantasının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Tərtər rayon sakini Faniz Səfərov saxlanılıb.

Qeyd edək ki, saxlanılan şəxsin mağazada törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. Saxlanılan şəxs ifadəsində etdiyi cinayəti etiraf edib.

Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində inzibati protokol tərtib olunub və onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati həbs seçilib.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.

AzNews.az