Onlar Nəsimi polisi tərəfindən saxlanılıb Onlar Nəsimi polisi tərəfindən saxlanılıb

Oğurluq etmək istəyən 4 yeniyetmə saxlanıldı

Onlar Nəsimi polisi tərəfindən saxlanılıb

Bakının mərkəzində mağazadan oğurluq etmək istəyən yeniyetmələr tutulub.

DİN-in Mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, fevralın 16-da saat 1 radələrində Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsindəki mağazaların birindən rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən 4 yeniyetmə saxlanılıb. Onlar 20-ci Polis Bölməsinə təhvil veriliblər.

Araşdırma aparılır.

AzNews.az