Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb

Bakıda hosteldə əcnəbi vətəndaşın pulu oğurlandı

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb

Bakıda hosteldə əcnəbi vətəndaşın pulu oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

AzNews.az