İmişlidə itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub

İmişli rayonunda qətl hadisəsi törədilib

Füzuli rayonunun Horadiz şəhərindən olan 1969-cu il təvəllüdlü Verdiyev Polad Ərşad oğlunun iyulun 20-dən

itkin düşdüyü barədə polis şöbəsinə məlumat daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, itkin düşən P.Verdiyevi yaxın qohumu, əslən
Füzuli rayonundan olan İmişli rayonunun Çaxırlı kəndində məskunlaşan 1959-cu il təvəllüdlü İsayev Qərib Bahadur oğlu dəmir parçası ilə vuraraq öldürüb. Daha sonra cəsədi yaxınlıqda yerləşən çınqıl karxanasının yuyulması üçün istifadə olunan su ilə dolu dərin katlovana atıb.

Hazırda FHN-in dalğıcları ərazidə cəsədin sudan çıxarılması istiqamətində axtarışlar aparılır. Qətli törədən şəxs saxlanılıb.
Faktla bağl İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (APA)