- Qanundan kənarda
- 20 Avqust 2019 15:24
- 2 964
MDB xəttilə axtarışa verilən İran vətəndaşı Azərbaycanda saxlanıldı

Fakt üzrə araşdırmalar davam etdirilir
Beynəlxalq axtarışda olan İran vətəndaşı Azərbaycanda saxlanılıb.
Müstəqil Dövlətlər Birliyi (MDB) tərəfindən narkotik maddə satmağa görə axtarışda olan İran vətəndaşı Amir Yusiff Soltanisaransani Bakıya gələn zaman hava limanında saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Respublikası 24 sentyabr 1993-cü il tarixindən MDB-nin üzvüdür.(report.az)
AzNews.az