Aparılan əməliyyatın görüntüləri sosial mediada yayımlanıb Aparılan əməliyyatın görüntüləri sosial mediada yayımlanıb

Məşhur avtoritet Şeyx Həmzətə silahlı hücum: Şok görüntülər - VİDEO

Aparılan əməliyyatın görüntüləri sosial mediada yayımlanıb

Çeçen əsilli kriminal avtoritet Şeyx Həmzətə silahlı hücum edilib.

AzNews.az xəbər verir ki, avtoritet sui-qəsd cəhdinə baxmayaraq, xəsarət almayıb.

Hadisə Almaniyanın paytaxtı Berlinin Moabit rayonunda baş verib.Silahlı hücumun qarşısı polis tərəfindən alınıb. Aparılan əməliyyatın görüntüləri sosial mediada yayımlanıb.

Qeyd edək ki, Şeyx Həmzət 2016-cı ilin ilin 18 avqustunda İstanbulun Beşiktaş rayonunun Barbarossa bulvarında qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) ortağı olub. Lənkəranskinin ölümündən sonra ona məxsus İtaliyanın Pozitano şəhərindəki "Le Sirenuse" və "Covo dei Saraceni" hotelləri, həmçinin bir sıra başqa obyektlər Şeyx Həmzətin mafioz qrupunun ümumi Avropa kassasına tabe etdirilib.

Həmin kadrları sizə təqdim edirik:

Aynur

AzNews.az