Hadisə qısqanclıq zəminində baş verib Hadisə qısqanclıq zəminində baş verib

Əmisinin gəlinini qaçıranı öldürənlərin vəsaəti ilə bağlı qərar verildi

Hadisə qısqanclıq zəminində baş verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qohumunun arvadını qaçırdığı üçün döyülərək öldürülən Elşad Əsədovun qətlinə görə həbs edilən Şahmar Əsədov, Pərviz Əsədov, Sadıq Dadaşov, Mətləb Muradov, Zabit Yolçuyev və Nazim Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Zabit Yolçuyev, Şahmar Əsədov və Pərviz Əsədovun vəkilləri də vəsatət verərək müdafiə etdiyi şəxslərin ev dustaqlığında buraxılmalarını istəyiblər.
Vəkillər məhkəmə prosesinin videolentə alınmasını istəyiblər.

Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən vəsatətlər təmin edilməyib və məhkəmənin baxış iclası oktyabrın 29-na təyin edilib.

Qeyd edək ki, ötən il Qubanın Tülər kəndində Elşad Əsədov qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb. Hadisə qısqanclıq zəminində baş verib.

Elşad Əsədov hadisədən bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı Aynur Əsədovanı qaçırıb. Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub. Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov ölüb. (apa)

AzNews.az