Faktla bağlı cinayət işi başlanıb Faktla bağlı cinayət işi başlanıb

Ağdamda məhbus məhbusu ürəyindən bıçaqladı

Faktla bağlı cinayət işi başlanıb

Ağdamda telefon mağazasında bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Qəsəbə ərazisində "Azercell Telecom" MMC-nin mağazasında qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs olunmuş və hazırda məhkumluğu ödənilməyən, 1988-ci il təvəllüdlü Abışov Alim Səfi oğlu Ağdam rayonunda yaşayan, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, 1981-ci il təvəllüdlü Mustafayev Fariz Ayaz oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində A.Abışov F.Mustafayevi ürəyindən bıçaqlayıb.

Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.(trend.az)

AzNews.az