"Qardaş kimi zarafatlaşırdıq" "Qardaş kimi zarafatlaşırdıq"

İş yoldaşları fiziki məhdudiyyətli gənci streçə büküb, cinsi istismar etdi - VİDEO

"Qardaş kimi zarafatlaşırdıq"

Türkiyədə 18 yaşlı fiziki məhdudiyyətli oğlan işlədiyi şirkətdəki şəxslər tərəfindən streçə bükülərək cinsi istismara məruz qalıb.

AzNews.az xəbər verir ki, hadisə İzmir şəhərində baş verib.

Həmin anlar hadisə yerindəki şəxslərdən biri tərəfindən videoya çəkilib. Görüntülərdə iki şəxsin gənci yerə uzadaraq üstünə su tökməsi, şillə, təpik vurub, cinsi istismar etməsi yer alıb.

Video "Whatsapp" qrupunda paylaşılanda bunu zərərçəkmişin həyat yoldaşı görüb və polisə şikayət edib.

Hadisəni törədən şəxslərdən biri prokurorluğa izahat verib:

"Qardaş kimi zarafatlaşırdıq. Deyəsən bir az həddini aşdıq".

Onlar istintaq müddətində 4 ay azadlıqdan məhrum ediliblər. Cinayət işinin ilk məhkəməsi isə 21 noyabrda baş tutacaq.

Pərvanə

AzNews.az