Polis hadisənin təfərrüatını araşdırır Polis hadisənin təfərrüatını araşdırır

Paytaxda qəza törədən sürücü hadisə yerindən qaçıb

Polis hadisənin təfərrüatını araşdırır

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, naməlum avtomobil taksi fəaliyyəti göstərən, 1993-cü təvəllüdlü Rüstəmov Talehin idarə etdiyi “Ravon” markalı 90-PN-361 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Hadisə nəticəsində Rüstəmov Taleh və onun sərnişini olan xanım müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar. Polis hadisənin təfərrüatını araşdırır. (report)

AzNews.az