Yaralı xəstəxanaya yerləşdirilib Yaralı xəstəxanaya yerləşdirilib

Bakıda qayın yeznəsini bıçaqladı

Yaralı xəstəxanaya yerləşdirilib

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Əliyev Zaur Ağazər oğlu Zabrat qəsəbəsi, Oktyabr küçəsi 65 saylı evdə yaşayan yeznəsi, 1988-ci il təvəllüdlü Cəfərov Emin Ənvər oğlunun yaşadığı evə qonaq gedib.

Evdə yaranmış münaqişə nəticəsində Z.Əliyev E.Cəfərovu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hazırda Z. Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzNews.az