Gənc qız BŞBPİ-i əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib Gənc qız BŞBPİ-i əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib

Anasının zorla Rusiyadan Bakıya gətirdiyi qız ölkəsinə yola salınıb

Gənc qız BŞBPİ-i əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib

Rusiyadan anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı Sevgiya Sübhani İsmayılova vətəndaşı olduğu ölkəsinə yola salınıb.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilən gənc qızın əlindən alınan sənədləri özünə qaytarılıb.

BŞBPİ-nin əməkdaşları tərəfindən təhlükəsizliyi yüksək səviyyədə təmin edilən S.İsmayılova bu gün Rusiyadan gəlmiş qanuni nümayəndəsi ilə birlikdə Moskva şəhərinə göndərilib.

Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, Krasnoyarsk sakini olan qadın cinsi orientasiyasını dəyişdiyini etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantlarını əlindən alıb.

Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb.

Gənc qız BŞBPİ-i əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilib.

AzNews.az