Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub

Bakı-Şamaxı yolunda dəhşətli qəza - 4 nəfər öldü

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, "Saipa" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Xəsarət alanlar 1984-cü il təvəllüdlü Əliyev Ramil Gülhəsən oğlu və 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğludur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub.

***

Qəza ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.