Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib

Bakıda əcnəbinin velosipedini oğurlayan şəxs saxlanıldı

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib

Bakıda əcnəbinin velosipedini oğurlayan şəxs saxlanıldı
Paytaxtın Səbail rayonunda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də xarici ölkə vətəndaşına məxsus 900 ABŞ dolları dəyərində “Speeds” markalı velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1986-cı il təvəllüdlü, Neftçala rayon sakini Vüqar Muxtarov saxlanılıb.

Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlayıb, onun ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir. (report)